DEPUTATIN DƏBDƏBƏLİ RESTORANINDA VERGİ YOXLAMALARI BAŞLAYIB – FOTO

27-01-2019, 21:00           
DEPUTATIN DƏBDƏBƏLİ RESTORANINDA VERGİ YOXLAMALARI BAŞLAYIB – FOTO
Deputat və şəriki vergi müfəttişləri ilə birgə nahar ediblər…

Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb.

Teref.az“AzEuroNews.com” saytına istinadla xəbər verir ki, restorana gələn vergi müfəttişləri restoranda yoxlama aparan zaman obyektin sahibi, Salyanın deputatı Əliağa Hüseynov da məkana gəlib.

Deputat və şəriki vergi müfəttişləri ilə təxminən iki saat söhbət etdikdən sonra birgə nahar ediblər.

Saytın əldə etdiyi məlumatda deyilir ki, iddialara görə, “Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddiaları var. Vergi müfəttişlərinin yoxlama üçün restorana gəlməsi, bundan xəbər tutan deputat və şərikinin onlarla iki saata yaxın söhbət etməsi əslində bu iddiaların doğru olduğuna aid şübəhləri bir qədər də artırır.

Məlumat üçün qeyd edək ki, Əliağa Hüseynov “Atlantis” şadlıq sarayının açlışını 2013-cü ildə edib. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə Milli Məclisin xüsusi zərflərində dəvətnamə göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb.
2014-cü ildə deputat öz restoranında İzzət adlı oğluna təmtəraqlı toy edib.

Qeyd edək ki, uzun müddətdir susqun olan Ə.Hüseynovun dünən qəfildən mətbuata çıxıb Salyanda ümumiyyətlə müxalifətin olmaması barədə qəribə açıqlama ilə çıxış etmsinin səbəbinin də bu vergi yoxlaması ilə bağlı olduğu istisna edilmir. Ola bilsin, obyektinə vergi əməkdaşlarının daxil olması deputatı o qədər narahat edib ki, bəyanatının “dozasını” maksimum yüksək edib. Deyəsən, xeyrini də görüb…

Xatırladaq ki, deputat açıqlamasında bildirib ki, Salyanda müxalifətçi olmayıb və bundan sonra da olmayacaq: “Mən hər gün Salyanla əlaqə saxlayıram. Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.