Hüquq elmləri doktoru, "Ədalət" partiyasının sədri İlyas İsmayılovdan AÇIQLAMA

6-02-2019, 09:06           
Hüquq elmləri doktoru, "Ədalət" partiyasının sədri İlyas İsmayılovdan AÇIQLAMA
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bəzi mətbuat orqanlarında dərc olunan ““Azərenerji”yoxlanır, Pirverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya…” sərlövhəli məqalə ilə tanış olub və yazıda hər hansı cinayət tərkibinin olmadığı qənaətinə gəlib.
Partiyanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, sözügedən məqaləyə görə barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılan jurnalist və Teref.info saytının Baş redaktoru Nurəddin İsmayılov (Xoca) Ədalət sədrinə yayımladığı məqaləni göndərib və ondan bir zamanlar rəhbərlik etdiyi ali dövlət qurumunun çıxartdığı qərara münasibət bildirməsini xahiş edib.
Hazırdakı statusunun hüquq mühafizə orqanlarının fəaliyyətinə hüquqi qiymət vermək olmadığını xatırladan İlyas İsmayılov qələm adamlarına ehtiramını nümayiş etdirmək məqsədilə yazıyla bir vətəndaş kimi tanış olub və sözügedən məqalədə hər hansı qanun pozuntusu təsbit edə bilmədiyini vurğulayıb. Onun fikrincə, jurnalistlərin öz peşə vəzifəsini yerinə yetirməsinə bu cür inzibatı maneələr yaratmaq, başda ifadə azadlığı olmaqla, bir çox demokratik prinsiplərə kölgə sala və onsuz da son zamanlar imici korlanan ölkəmizin beynəlxalq nüfuzuna zərbə vura bilər.
“Heç olmasa, buna görə hakimiyyət media qurumlarına təzyiqlərini artırarkən, ölkəmizin taleyini də nəzərə almalıdır”,-İlyas İsmayılov belə deyib.
"Ədalət" partiyasının mətbuat xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.