"Bank BTB" zərərdə olduğunu açıqladı - MƏCMU KAPİTALI DA AZALIB

18-04-2019, 11:14           
"Bank BTB" zərərdə olduğunu açıqladı - MƏCMU KAPİTALI DA AZALIB
"Bank BTB" 2019-cu ilin 1-ci rübünü zərər açıqladı.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Bank BTB" -nin cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 818 min manat və ya 0.02% artaraq 2019-cu ilin 1-ci rübündə 291 mln. 88 min manata bərabər olub. Cəmi aktivlərin artmasına səbəb isə əsasən bankın müştərilərinə verdiyi kreditin artmasında olub.

Hesabata görə, bankın cəmi öhdəlikləri 2018-c ilin analoji dövrü ilə müqayisədə 2 mln. 640 min manat və ya 0.11% artaraq 238 mln 200 min manat olub. Bu da əsasən digər maliyyə institutlarının kreditləri (108 mln. 783 min manat) və müştərilərin müddətli depozitlərinin payına düşür.

Bankın cəmi kapitalı 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 822 min manat və ya 0.33% azalaraq 52 mln. 888 min manata bərabər olub. Bunun əsas səbəbi isə xüsusi kapitalın ötən illə müqayisədə 2 mln. 282 min manat azalmasıdır.

DEPOZİT VƏ KREDİT PORTFELİ ARTIB

"Bank BTB"-də müştərilərin tələbli və müddətli depozitlərinin cəmi 107 mln. 705 min manat edib ki, bu da ötən ilin 1-ci rübü ilə müqayisədə 14 mln. 494 min manat və ya 15.54% çoxdur. Bundan başqa bankın müştərilərinə verdiyi kreditlərdə də artım olub. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 mln. 760 min manat və ya 11.57% artaraq 171 mln. 280 min manata çatıb.

FAİZ GƏLİRLƏRİ ARTIB

Bankın xalis faiz gəlirləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 767 min manat və ya 47.7% artaraq 2 mln. 373 min manat olub. Bankın qeyri-faiz gəlirləri 150 min manat artaraq 1mln. 402 min manat, qeyri-faiz xərcləri isə 607 min manat artaraq 3mln. 496 min manat olub. Nəticədə bankın 279 min manat xalis əməliyyat mənfəəti yaranıb.

"Bank BTB" ötən ilin 1-ci rübündə 298 min manat mənfəət əldə etmişdi ki, cari ilin 1-ci rübünə 2 mln. 688 min manat zərər açıqlayıb.

BANKIN MƏCMU KAPİTALI AZALIB

"Bank BTB"-nin məcmu kapitalı ötən illə müqayisədə 1mln. 835 min manat və ya 0.33% azalaraq 52 mln. 222 min manata bərabər olub. Bundan başqa bankda məcmu kapitalın adekvatlıq əmsalı 21.05%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 20.13% təşkil edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru