MTN-nin bata bilmədiyi general...

21-06-2019, 00:00           
MTN-nin bata bilmədiyi general...
Prezident İlham Əliyev mühüm əhəmiyyət kəsb edən qurumlara kadr dəyişiklikləri edib. Müvafiq sərəncamlarla DTX, DİN və Müdafiə Sənayesi Nazirliyi rəhbərliyə yeni təyinatlar olub.
“Yeni Sabah” xəbər verir ki, təyinatları şərh edən ekspert Osman Gündüz bildirib ki, ən diqqət çəkən məqam Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyində təmsil olunan, general Əli Nağıyevin DTX sədri təyin olunmasıdır.

“Gözlənilən deyildi. Bildiyim qədər Əli Nağıyev o zaman MTN-nin bata bilmədiyi azsaylı generallardan olub. Hətta ölkənin ən böyük şirkətlərdən birinin bütün rəhbərliyini həbs etmək üçün maskalıları desant atanda məhz Əli Nağıyevin sayəsində xilas mümkün olmuşdu. Ümumiyyətlə, bu generalın adı həmişə peşəkar olaraq hallanıb.

Vilayət Eyvazovun Daxili İşlər naziri təyinatı isə gözlənilən hesab oluna bilər. Düşünürəm ki, hər iki təyinat hazırda müəyyən problemlər olan kibercinayətkarlıq və informasiya təhlükəsizliyi sahəsində daha ciddi uğurların əldə olunmasına kömək edəcək.

General Mədət Quliyev isə Müdafiə Sənayesi naziri təyin edilib. Düşünürəm ki, o bu sahədə daha çox uğur qazana biləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru