İlham Əliyevdən vitse-prezidentlərlə bağlı sərəncam

28-06-2019, 00:04           
İlham Əliyevdən vitse-prezidentlərlə bağlı sərəncam
Azərbaycanın Birinci Vitse-Prezidenti və Vitse-Prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinə ezamiyyə xərcləri ödəniləcək.
Teref.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilir.

Dəyişikliklə, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin mehmanxana xərcləri təqdim edilmiş sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin gündəlik xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru