Prezident mükafatını alacaq laueratların əhatə dairəsi genişləndirilib - FƏRMAN

28-06-2019, 18:47           
Prezident mükafatını alacaq laueratların əhatə dairəsi genişləndirilib - FƏRMAN
Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, bu, mükafatın laueratlarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Belə ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı nəzərdə tutulmuşdu. Burada 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib.

Dəyişikliklə Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsillə yanaşı gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlər də təşviq ediləcək.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru