Bu gün istiqlalçı deputat Şahmərdan Cəfərovun vəfat günüdür- FOTO

29-06-2019, 09:31           
Bu gün istiqlalçı deputat Şahmərdan Cəfərovun vəfat günüdür- FOTO
Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə.
Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş bu gün 36 yaşında vəfat etmiş Azərbaycan Xalq və Sərhəd hərəkatının tanınmış üzvü ,Şahmərdan Cəfərovdur. .O,17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir.
Silahdaşları onu 90-cı illərin canlı əfsanəsi adlandırırlar. Əksər naxçıvanlılar isə belə hesab edir ki, o, olmasaydı bəlkə də Naxçıvan indi düşmən tapdağı altında qalmışdı. Naxçıvanda hamı sevirdi onu. Özünəməxsus xarakteri var idi. Dostları deyir ki, belə insanı tarix çox nadir hallarda yetişdirir. Şahmərdan öz mərdliyi, cəsarəti, sadəliyi, həqiqi vətənsevərliyi ilə naxçıvanlıların qəlbində dərin kök salıb. Buna görədir ki, ölümündən düz 18 il ötməsinə baxmayaraq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir. Siyasi dünyagörüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır. Ailə qurmağa hazırlaşan elə cütlüklər də var ki, onun qəbrindən xeyir-dua almadan özlərinə toy çaldırmırlar.
Şahmərdan Cəfərov 1995-ci il iyunun 29-da vəfat edib!
Ruhu şad olsun!
Baba Allahnəzərov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.