Baş Nazirdən borclarla bağlı qərara dəyişiklik

3-07-2019, 08:39           
Baş Nazirdən borclarla bağlı qərara dəyişiklik
Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarlarında dəyişikliklər edib.
“Yeni Sabah” xəbər verir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 13-1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. altıncı abzasdan “və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı” sözləri çıxarılsın;

1.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“Bu Siyahının 13-1-ci hissəsinin üçüncü-altıncı abzaslarında nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi və müvafiq kommunal xidmətin göstərilməsi barədə tələbkarın arayışı.”;

1.3. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Bu hissədə nəzərdə tutulan kommunal xidmətlərin istifadə edilməsi ilə bağlı istehlakçının kodu üzrə ona təqdim edilən son hesab (tələbin əhatə etdiyi dövr üzrə aylarla) və təchizatçının müvafiq informasiya sistemindən tələbin əhatə etdiyi dövr üzrə (aylarla) borcun məbləği göstərilməklə təfsilati çıxarış əlavə olaraq təqdim edilir.”.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci hissəsinin ikinci abzasından “və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru