“Ege” Hospitaldan Azərbaycan bayrağına hörmətsizlik – VİDEO

6-07-2019, 07:49           
“Ege” Hospitaldan Azərbaycan bayrağına hörmətsizlik – VİDEO
Bakıda Həsən Əliyev küçəsində yerləşən Ege Hospitalın qarşıından asılan Azərbaycan bayrağı cırılıb. Şəhər sakinlərindən birinin verdiyi məlumata görə, hospitalın qarşısından keçərkən təsadüfən bayrağın cırıldığını görüb. Redaksiyamıza daxil olan şəkillərdə bayrağın aşağı hissəsində yaşıl rəngin künc hissədən cırıldığı görünür.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun Dövlət Bayrağının istifadəsinə dair tələblərinin 9-cu maddəsinin 9.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.

Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Həmin foto və videonu təqdim edirik(EkoNews):













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru