Gözdən əlil sahibkar Prezidentə müraciət etdi - VİDEO

5-08-2019, 09:05           
Gözdən əlil sahibkar Prezidentə müraciət etdi - VİDEO
Teref.az yazır ki,Şirvan şəhərində yaşayan və fəaliyyət göstərən gözdən əlil sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirov Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirovun müraciətinin nöqtə və vergülünə əl dəymədən təqdim edirik:
Müraciətimdən öncə bildirməyi vacib hesab edirəm ki, bu gün mətbuatın fəaliyyəti, ölkədə haqq-ədalətin bərpası və vətəndaş problemlərinin həlli isitiqamətində görülən ən zəruri addımdır. Bir ictimai fəal vətəndaş olaraq gördüyünüz işləri xeyirxah əməl adlandırır və tərəfimdən yüksək qiymətləndirirəm. Növbəti dəfə haqq-ədalətə nail olmaq üçün sizdən müraciətimin ictimailəşdirilməsini xahiş edirəm.

Hörmətlə: 62 yaşlı əlil sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirov Əlaqə nömrəm: 055 619-00-00

Sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayət etdi - qurum 9000 000 manat cərimələndi – VİDEOMÜRACİƏT

62 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov “Məişət Maye Qaz” QSC tərəfindən üzləşdiyi problemlərlə bağlı növbəti dəfə ölkə prezidentinə müraciət ünvanlayıb.

Sahibkarın bildirir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən qurumda aparılan yoxlamalar zamanı 9 000 000 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin buna baxmayaraq maye qaz satışındakı süni qiymət artımı, istehlakçı hüquqlarının pozulması və digər korrupsiya faktları hələ də hökm sürməkdədir.
Mətbuat vasitəsilə ölkə prezidentinə üz tutaraq problemin həllinə nail olmağa çalışan Qatı Heydərçi, 62 yaşlı əlil sahibkarın bizə ünvanladığı videomüraciəti diqqətinizə çatdırırıq.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.