Azərbaycan torpağında ümumerməni(!) oyunları başlayır... - Biz isə...

5-08-2019, 09:49           
 Azərbaycan torpağında ümumerməni(!) oyunları başlayır... - Biz isə...
“Artsax 7-ci ümumerməni oyunlarının açılışına hazırdır”.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, bunu öz “Facebook” səhifəsində qondarma rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq yazıb.

Öncədən xəbər verdiyimiz kimi, avqustun 5-dən 17-dək Azərbaycanın işğal altındakı torpaqlarında ümummili erməni oyunları keçiriləcək. Avqustun 6-da Xankəndidə açılşı ediləcək idman tədbiri ayın 17-də İrəvanda bağlanacaq. Hazırda Xankəndidəki Şaumyan adına stadionda bədii bayram tədbirinin məşqləri keçirilir.

Xatırladaq ki, bu il 1-10 iyun tarixlərində Qarabağda qondarma separatçı qurumların “CONİFA” Avropa futbol çempionatı da keçirilib...

P.S. Bu, dəhşətli bir reallıqdır. Nəinki 1988-ci ildən, XVIII əsrdən bəri ermənilər başımıza min oyun açır... Və Biz də Bakıda çox oyunlar keçiririk, amma Xankəndidəki oyunların qarşısını ala bilmirik...

P.P.S. Yadımıza elə həmin 1988-ci ildə Quzey Azərbaycan həsrəti ilə dünyasını dəyişmiş dahi Şəhriyarın bir beyti düşür: “Qorxuram ki, oyun ola- Millət dönüb qoyun ola...”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru