Bakıdakı güclü küləyin və tozun səbəbi bilindi - Hidroloqdan Açıqlama

5-08-2019, 13:21           
Bakıdakı güclü küləyin və tozun səbəbi bilindi - Hidroloqdan Açıqlama
Hazırda Bakıda güclü külək hökm sürür.
Bununla bağlı hidroloq Asif Verdiyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, mövcud hava şəraiti bir neçə gün davam edəcək:

“Qeyd edim ki, hazırda əsən bu güclü şimal-qərb küləyi gündüz və günün ikinci yarısı davam edəcək. Ayın 6-da da küləkli hava şəraiti müşahidə olunacaq. Ancaq bu günlə müqayisədə külək bir qədər zəif, mülayim olacaq. Sonrakı günlərdə tədricən küləyin sürəti normallaşacaq”.

Küləyin güclü olmasına aydınlıq gətirən hidroloq vurğulayıb ki, Bakı və Abşeron yarımadasında mövcud hava şəraitinin səbəbi Rusiyadan, şimaldan daxil olan hava kütlələridir. Buna görə də bir neçə gün ərzində hava sərin keçəçək. Havanın temperaturu ayın 6-7-də günorta saatlarında 25-28 dərəcə arasında dəyişəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.