Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

16-08-2019, 09:46           
 Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Cebhe.info-nun məlumatına görə, Xalq şairi 1925-ci ildə Şəki şəhərində anadan olub.

1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub.

Bəxtiyar Vahabzadə 70-dən çox şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. Şair tarixi və müasir mövzuda 20-dən çox iri həcmli poemanın müəllifidir.

Xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru