Dünyanın ən böyük silah alverçisi tutuldu

16-08-2019, 10:27           
Dünyanın ən böyük silah alverçisi tutuldu
Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.

Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb.

O, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.

"Marşal" və ya "Lis" ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.

Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.

Trend-in məlumatına görə, öncə 66 yaşlı "Marşal"ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru