DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib - SƏRƏNCAM

16-08-2019, 16:24           
DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilov

general-mayor Ehram Arif oğlu Hacıyev

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırov

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasov

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayev.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru