Azərbaycanda süni bölücülüyü kimlər və hara qədər apara bilib... - Separatçılara dələduzluq ittihamı....
23-11-2015, 11:26
Azərbaycanda süni şəkildə etnik, dini və digər səpgili problemlərin yaradılması, qabardılması hər zaman kənar güclərin maraq çərçivəsində olub. Yəni Azərbaycana düşmən mövqedə dayanan qüvvələr məhz qeyd etdiyimiz istiqamətdə gərginlik yaratmağa çalışsalar da, əslində hər dəfəsində ağızları ovulub.
Amma son illər müəyyən boşluqların yaranması sanki sözügedən təxribatçı qrupların da ayaqlarının yer almasına gətirib çıxarıb. Məsələn elə keçən günlərdə Azərbaycanda süni şəkildə problem kimi görünməyə çalışan PKK yandaşları ilə bağlı məqama toxunduq.
DİA.AZ xatırladır ki, bu gün Azərbaycanda böyük rahatlıqla fəaliyyət göstərən və fəaliyyətində terorru açıq şəkildə dəstəkləyən "Diplomat" qəzeti və digər bu kimi şəxslər özlərini o qədər komfortlu bir məkanda hiss edirlər ki, hətta yazdıqlarımızın ardından hədə dili ilə danışmağa belə cəsarət edirlər.
Əslində bu, gözlənilən idi də. Çünki dəfələrlə ən müxtəlif tribunalardan Azərbaycanda rəsmən PKK terrorunu alqışlayan bir təbliğatı yürüdən "Diplomat" qəzetinin fəaliyyətinin araşdırılması tələbi irəli sürülsə də, bu tələblər qulaqardına vurulmuşdu. Hətta zamanında sabiq deputat Sabir Rüstəmxanlı "Diplomat"ın sahibi Tahir Süleymanla bağlı Milli Məclisdən MTN-ə müraciət də ünvanlamışdı.
Amma kimsə Tahir Süleymana "gözün üstündə qaşın var" demədi ki, bu gün də ghəmin bu zat yazdıqlarımıza etiraz etməklə yanaşı həm də hədyanlarını davam etdirərək tarixi Azərbaycan torpaqlarını belə "Kürdüstan" ərazisi kimi təqdim etməyindədir.
Redaksiyamıza daxil olan son informasiyalardan isə aydın olur ki, əslində bu gün separatçı kimi tanıdığımız bu şəxslər həm də başqa yollarla da Azərbaycanda qanunlara qarşı gedirlər. Məsələn fəal PKK yandaşlarından biri kimi tanıdılan Laçın rayon təhsil şöbəsinin sabiq məsul şəxsi Müqabil Baxışovun fəaliyyəti sən demə, ölkənin hüquq-mühafizə oqranları tərəfindən araşdırılırmış.
Məlumatı dia.az-a verən mənbə bildirir ki, ayrı-ayrı şəxslərə külli miqdarda pul borcu olan Müqabil Baxışovun əməlləri dələduzluq faktı kimi dəyərləndirildiyindən, bu gün əlkədə aşkar şəkildə terror təşkilatı PKK-nın təbliğatını aparan bu şəxs məsuliyyətə belə cəlb oluna bilər.
Təbii ki, kiminsə hansısa siyasi cərəyana simpatiyası ola bilər. Bu, normaldır... Amma əgər həmin cərəyanın özü normal əqidəyə, fəaliyyətə malikdirsə...
Azərbaycan bu gün terrordan əziyyət çəkən ölkədir. Elə Müqabil Baxışovun da sakini olduğu Laçın rayonu və daha 20 faiz torpaqlarımız məhz erməni TERRORUNUN faciəli sonluğu nəticəsində itirdiklərimiz sırasındadır.
Belə bir şəraitdə Azərbaycanda kimlərinsə aşkar şəkildə PKK-nı alqışlaması... dünənə qədər ən azından vicdansızlıq idisə (çünki güclü himayədarları var idi...), bu gün həm də bir cinayət əməli kimi də xarakterizə oluna bilər...