Vurğun Əyyubun səhhəti necədir? – Həkimi danışdı

24-09-2019, 10:51           
Vurğun Əyyubun səhhəti necədir? – Həkimi danışdı
Vurğun Əyyubun durumunu hər halda kritik saymaq olar.

Bu sözləri Axar.az-a bir neçə gündür səhhəti kəskin ağırlaşan Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyubun müalicə həkimi Adil Qeybulla deyib. A.Qeybulla bildirib ki, V.Əyyub hazırda sağsalamatdır, ancaq durumu olduqca kirtikdir:

“Hazırda öz evindədir. Çox ciddi şəkildə onunla məşğuluq”.

Qeyd edək ki, Tələbə Qəbulu Dövlət Komissiyasının 1992-93-cü illərdə rəhbəri olan və test üsulunu Azərbaycana gətirməsi ilə tarixə düşən V.Əyyubun səhhəti iki gün öncə kəskin pisləşib.

1957-ci il təvəllüdlü V.Əyyub bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru