Vurğun Əyyub son mənzilə "Ruhani" ilə yola salındı... - VİDEO

24-09-2019, 18:07           
Vurğun Əyyub son mənzilə "Ruhani" ilə yola salındı... - VİDEO
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyubla vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, mərasimdə mərhum V.Əyyubun ailə üzvləri, xalq şairi Sabir Rüstəmxanlı, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, millət vəkilləri Fazil Mustafa və Aqil Abbas, Pənah Hüseyn, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, keçmiş təhsil naziri, professor Firudin Cəlilov, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sədri Arif Hacılı, KAXCP sədri Mirmahmud Mirəlioğlu, professor Adil Qeybulla, digər siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhum torpağa tapşırılması üçün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, 1957-ci il təvəllüdlü Vurğun Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru