Elşad Miri İlahiyyat İnstitutundan yazdı: İlahiyyat İnstitutundakı AŞURA MƏRASİMİ

25-09-2019, 07:21           
Elşad Miri İlahiyyat İnstitutundan yazdı:  İlahiyyat İnstitutundakı AŞURA MƏRASİMİ
İlahiyyat İnstitutundakı AŞURA MƏRASİMİ

Bu gün mənim bildiyim, Bakının iki yerində Aşura ilə bağlı tədbir keçirilib. Biri Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda, digəri isə Park-inn otelində "Hüseyn (ə) eşqi bizi birləşdirir" şüarı altında təşkil edilib.

İlahiyyat institutundakında dinləyici kimi iştirak etdim. Ancaq 4 çıxışçını dinləməyə səbrim çatdı. Tədbir barədə bəzi qeydlərimi edim.

1. Tədbirin “dəyirmi masa” formatında keçirildiyi yazılsa da, bunun düzgün olmadığını ifadə etməliyəm.

2. Çıxışçılar sadəcə ümumi illərdir əzbərlənmiş çıxışlarını tələbələr qarşısında təkrarladılar.

3. Dinlədiyim çıxışlarda İslamın əsas mənbəyi olan Qurandan bircə ayə də olsa, sitat gətirilmədi.

4. Allahın adı və Peyğəmbərin adı nədənsə yenə kölgədə qaldı.

5. Çıxışçılar standart atmacalarla Kərbəla hadisəsinə kölgə salmağa çalışanlardan da danışdılar. Qəribədir ki, bu sözləri deyəndə gözlərini mənə niyə zillədiklərini hələ də anlamamışam.

6. Orada bu mövzuları dinləyən tələbələrə üzüldüm. 1-ci kursdan etibarən yəqin ki, hər il bu mövzunu dinləmək məcburiyyətində qalacaqlar.

7. Məsələyə elmi aspektdən yanaşıldığının şahidi olmadım.

8. Məscidlərdə olduğu kimi burada da şeyxülislamın qan vermə aksiya başlatmasından ağız dolusu danışıldı.

9. Tədbiri aparan 2-ci kurs tələbəsinin ayaqüstə qalmasının həmin gəncə zülm olduğunu oranın müəllimlərindən birinə desəm də, gülməklə cavab verdi.

10. Çıxışçıların Hacı, Seyyid kimi «ali dərəcələr»lə təqdim edilməsi institutun gələcəyinə olan ümidimə qılınc çəkdi, amma bitirmədi.

11. Ora yığılan tələbələrin öz istəkləri ilə zalı tərk etməmələri üçün qapının ağzında müəllimin dayanmasını təqdir etmədiyimi qeyd etməliyəm.

12. Şəhidlik məktəbi ifadəsindən o qədər danışıldı ki, elə bildim Peyğəmbərin sağlığında Allah yolunda şəhid olan olmayıb.

13. Bu cür institutun olmasını sevindirici hal olsa da, bu cür tədbir mərsiyəvari vəziyyət idi.

14. Digər tədbirdə uşaqların qara geyinərək iştirakını da şəkillərdən gördüm.

Azərbaycanda dinin gələcəyi ilə bağlı ümidlərim davam etsə də, dəyişikliklərin olmamasını, iştirakçıların özlərini bilikli molla kimi göstərməyə çalışmaları sıxıcı idi.
Elşad Miri














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.