Baş verənlərə son sözüm və ya ədalətə(deyənlərə) başsağlığı... - Zümrüd Yağmurun yazısı

25-09-2019, 12:28           
Baş verənlərə son sözüm və ya ədalətə(deyənlərə) başsağlığı... - Zümrüd Yağmurun yazısı
Xəstə toplumun xəstə "həkimləri"...

Həyat yoldaşı Fuad Qəhrəmanlı ilə ailədaxili zorakılıq zəminində münaqişədə olan yazıçı-publisist Zümrüd Yağmur sosial şəbəkədə yeni status paylaşıb, izləyicilərinə fikirlərini çatdırıb. DİA.AZ yazıçının status-məqaləsini dərc edir.

***

Bu günlər ərzində baş verənləri izlədikcə dəhşətə qapıllrdım. Söyən, "qatili" və qurbanı eyni anda dəstəkləyən, baş verənləri bildiyi, tam vaqif olduğu halda mənafeyi üçün haqsızın yanında dayanan, inboksda mənə göz yaşı töküb fb-da qarşı tərəfi dəstəkləyən, mənim məlum partiyanın keçirdiyi mitinqlərdə çıxışımı mənim riyakarlığım kimi mənə sırıyan, deyilənlərin doğruluğunu bildiyi halda, "bəlkə hakimiyyət dəyişdi, mənə də pay düşdü" prinsipsizliyi ilə hərəkət edən, üz gizlədən, bu hadisəni fürsət bilib güya məni dəstəkləyən, AXCP-yə olan nifrətini 18 yaşlı gəncin üzərində reallaşdırmaq istəyənlər və ən nəhayət də fürsətcil bir hakimiyyət, hətta qabağına çay qoyduğum insanların məni məsxərəyə qoyduğunu (ya da görüb susduğunu) gördüm.

Ən yaxın hesab etdiyin, sənin üzündə, əlində yaraları görən, haqdan danışıb, "illərdir haqq üçün savaşıram" deyib, Əliyevi zorbalıqda günahlandırıb, hətta bu zorbalığın birbaşa qurbanı olan, övladı həbsdə olanların nala-mıxa vurma qabiliyyətlərini izlədikcə bir şeyi anladım. Bu ölkədə xəstəliyi müalicə etmək istəyirəm deyə meydanda olanların özü sağlam deyil.
Övladı olan və bu gerçəyi bilən, amma mənafe üçün susub hələ bir tələbdə bulunanlar, bir ad da əlavə çəkilib deyə bütün haqqı və gerçəyi bu fakta qurban kəsib sədaqətçilik oynayanlar vicdanınıza necə yedirdə bilirsiniz bunu anlamış deyiləm.
Nə baş vermişdi?Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimi yox! Çünki mən görünür özüm də deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimi? Yox. Çünki haqq deyib haqsızlıq edənin,, "bəlkə topluma bir yararı olar" düşüncəsindəydim, amma Selcan evdə zorba olan zorbanın yürütdüyü siyasət də zorba olacaq onda cəmiyyətə fayda olmaz düşüncəsində idi. Məni illərin təcrübəsi "müdriləşdirmişdi" Selcanın cəsarətini hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcansa yox. O həqiqətin düz üzünə baxırdı.

Selcan xac taxırdı. Amma linç edənləri məyus edəcəm. Selcan xristianlığı qəbul etməyib. Selcan İsa peyğəmbəri xac işarəsinə sığdırmırdı,, "adi bir simgə ilə peyğəmbərdən büt yaradıb bütləri qıranlar" deyib alay edirdi və bu formalı aksesuarları sevirdi. Hətta üzüyü də var. Selcan bu kimi kiçik tabuları yıxa bilmişdi. Selcan deisdi, heç müsəlman da deyil. Allaha inanır. Keçən yay Quranı oxumaq istədi. Alınmadı.,, "Bəlkə tezdi, ordakı Allahdan qorx tələbi məni qorxudur, mən Allahdan sorxmuram, inanıram, qorxduğumu sevə bilmərəm. Hələ indi oxumayım, bir az daha böyüyüb oxuyacam," deyib belə qərar verə biləcək biriydi. Selcan heç vaxt millət vətən deyib qışqırmayıb amma Gürcüstanda qatıldığı təlimdə Sarı gəlin mahnisi erməni mahnısı kimi təqdim olunanda dirənib onu repertuarda çıxarda bilən biriydi. Selcan çox insanlıqdan danışmaz amma səhv etmirəmsə 2012ci ilə İsrailin Fələstinə hücumu zamanı hələ balacaykın yığdığı pulu Türkiyə səfirliyinə verə bilən biridir. Selcan mərhəmətdən də çox danışmaz, amma dünyada ən böyük arzusu mental xəstələrə mərkəz açıb özü belə onlara qulluq etəcək qədər həssasdır. Selcan millət vətən qışqırmaq yox doğru olanı etmək prinsipi ilə yaşayandı.
Mənə düz tərbiyə verməyib iradını bildirənlər sizlərdən neçə nəfəri, ey müsəlman olanlar neçə nəfəriniz bunları düşündü. Amma 18 yaşlı qız bu idi və daha artığı idi.

Vay namus əldən getdi deyənlər özünüzün etdiyinə baxın. Zorbalığı, şiddəti öz mənafeyinə və ya korkoranə müdafiə edənlər siz hansı namusdan danışırsız. Güzgüyə baxın. Kimliyinizi, zehninizdıki əxlaqsızlıq fantaziyalarını etiraf edin sonra danışın. Öz profilində paylaşdığı fotoları tirajlayıb böyük cümlələr quranlar bəlkə siz özünüzlə daha səmimi olasız. Aman Allah bu ölkədə nə qədər "məsum" insanlar varmış?

Selcanı Nərmin Şahmarzadə ilə şərab içməkdə linç edənlər ucuz adamlarla ucuz kafe köşəlırində ucuzluq edib ailəsinin yanına gəlib yalan danışanlar Nərminin hətta mən belə məlum yanaşmasını qəbul etməsəm də o sizdən səmimidir. Bəli mən onun məlum fikirlərini bölüşmürəm, amma fikir onun fikridir və mən onu linç edə bilmərəm. Ey müsəlmanlar, hz. Əli döyüşdə üzünə tüpürən əsgəri öldürmədi, bu qisas olur cihad yox dedi. Bu böyüklükdən çox aşağısız, özünüzə gəlin.
Çox uzun yazı oldu. Qısa tutum. Bu günlər ərzində məni agentə qədər çıxaran müxalifət, güya qəzəbli olduğumu zənn etdiklərində mənə müxtəlif məlumatlar ötürüb güya mənim əlimlə müxalifəti vuracağıq düşünən iqtidar gördüm. Bu günlər ərzində 18 yaşlı gəncin acılarını hiss etmək yerinə nədir nədir bir ad da əlavə çəkilib deyə həqiqət olduğunu bildiyi halda şiddəti dəstəkləy müxalifət, haqq deyib mənafe üçün haqsızlıq edənlər, övladım və mənim durumumdan istifadə edib öz siyasi oyunlarını oynayıb güya ağıllarınca mənə dəstək verən iqtidar,, "bəlkə cəhbə hakimiyyətə gəldi., özümü yandırmayım" deyənlər, fürsətcil medya, müsəlmanam deyib inandıqları kitabda "bir günahsız insanı öldürmək bəşəri öldürməkdə" dediyi halda günahsız bir qızı öldürmək üçün sıraya girənlər, mənəviyyat deyib ən aşağı söyüşü söyüb mənəviyyatsızlıq edənlər gördüm.

Bu günlər xitab edib tutuna biləcək, səmimi olan az insan gördüm. Mən "məni dəstəkləyənlərə təşəkkür edirəm" demirəm, çünki məni dəstəkləyənlərin içində qarşı tərəfi söyənlər də gördüm. Söyməyən təhqir etməyənlərə təşəkkür edirəm deyirəm.

Vicdanlnzla baş-başa qalın. Əgər varsa... Var olduğuna inanıram. Əgər öldürməmisinizsə...

Son olaraq.

Mən də eyni şəkildə əzab çəkdim Amma qızlarımdan üzr istəyirəm. Onları bu zorba ölkədən, ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxrakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdın qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, kaş öləydim deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq "atadır döyər" düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə.,"qadındı da əri döyər də sevər də" deyib məhv edilən həyatına rəğmən, güya xoşbəxt ilk oyunu oynayıb qızıl teşdə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.

Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün...

Üzr istəyirəm və bu məni kiçiltmir.

Zümrüd Yağmur //musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.