42.5 milyard dolları idarə edən Şahmar Mövsümov riskləri xoşlayır - "RİSKLİ AKTİVLƏRİ DAHA DA ARTIRACAĞIQ..."

26-09-2019, 12:19           
42.5 milyard dolları idarə edən Şahmar Mövsümov riskləri xoşlayır - "RİSKLİ AKTİVLƏRİ DAHA DA ARTIRACAĞIQ..."
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz portfelində riskli aktivləri daha da artırmaq niyyətindədir. Bu barədə sentyabrın 26-da Bakıda işə başlayan “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

O qeyd edib ki, ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir: “Lakin buna baxmayaraq, 2012-ci ildən Neft Fondu öz aktivlərində müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb. Bunlar özəl səhmlərin artırılması, daşınmaz əmlak investisiyaları və qızıl investisiyalardır. Fondun bu günə olan aktivləri təxminən 42,5 milyard dollara yaxınlaşır. Gələcəkdə də biz riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada əsas məsələ portfeldə sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin artırılmasıdır. Bununla bağlı da müvafiq təkliflər veriləcək”.//"Azərtac"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru