Əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

1-10-2019, 03:10           
Əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib
Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun bu gün – oktyabrın 1-də qüvvəyə minib.

“Report” xəbər verir ki, Milli Məclisin “Əmək pensiyaları haqqında” qanuna etdiyi dəyişikliklə pensiyanın məbləği 40 manat artırılıb.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilib:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Qeyd edək ki, bu iyulun 12-də Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru