Stadnik Qarabağ əlillərinə görə İlham Əliyevə müraciət etdi – FOTO

2-10-2019, 08:35           
Stadnik Qarabağ əlillərinə görə İlham Əliyevə müraciət etdi – FOTO
Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik döyülən Qarabağ qazisinə görə Prezident İlham Əliyevə müraciət edib.

O “Facebook” hesabında Qarabağ qazisinin fotosunu paylaşaraq onları döyənlərin cəzalandırılmasını istəyib.

“Fotoda gördüyünüz şəxs Qarabağ döyüşlərində bir ayağını itirib. Bu şəxs və digər Qarabağ qaziləri bu gün döyülüb. Cənab İlham Əliyev Qarabağ döyüşçülərinə qarşı utancverici şəkildə bunu edənlərin cəzalandırılmasını istəyirəm” – deyə M.Stadnik müraciət edib.

Qeyd edək ki, ötən gün Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında dava baş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru