Ramiz Mehdiyev AMEA tarixində bir ilk yaşatdı - Foto

24-10-2019, 00:00           
Ramiz Mehdiyev AMEA tarixində bir ilk yaşatdı - Foto
Akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsilə qurum tarixində bir ilkə imza atılıb.

Axar.az xəbər verir ki, akademiyanın tarixində ilk dəfədir prezident humanitar-ictimai elmlər sahəsindən seçilib. Belə ki, akademik Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur.

Qeyd edək ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi Azərbaycan Elmlər Akademiyasına çevrilib. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov (tibb elmləri doktoru) prezident seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev (kimya elmləri doktoru) (1947-1950, 1958-1961), Musa Əliyev (geologiya-mineralogiya elmləri doktoru) (1950-1958), Zahid Xəlilov (riyaziyyatçı-alim) (1961-1967), Rüstəm İsmayılov (texnika elmləri doktoru) (1967-1970), Həsən Abdullayev (fizika-riyaziyyat elmləri doktoru) (1970-1983), Eldar Salayev (fizika-riyaziyyat elmləri doktoru) (1983-1997), Fəraməz Maqsudov (fizika-riyaziyyat elmləri doktoru) (1997-2000), Mahmud Kərimov (fizika-riyaziyyat elmləri doktoru) (2001-2013), Akif Əlizadə (geologiya-mineralogiya elmləri doktoru) (2013–2019) Akademiyanın prezidenti olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru