Azərbaycanın dostu Ermənistan üzrə məruzəçi oldu

24-10-2019, 17:31           
Azərbaycanın dostu Ermənistan üzrə məruzəçi oldu
Avropa Parlamentinin Xarici İşlər Komitəsi Azərbaycanın dostu və vaxtilə Nabukko qaz boru kəmərinin lobbiçilərindən biri olan Rumıniyanın keçmiş prezidenti Trayan Baseskunu Ermənistan üzrə yeni məruzəçi təyin edib.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, qaz kəməri layihəsi uğursuz olduqdan sonra da rumıniyalı siyasətçi Azərbaycanla əlaqələrini qoruyub saxlayıb.

Ermənistan qəzeti yazır: "Qarabağ məsələsində mənfi mövqeyi ilə tanınan məruzəçiyə görə Avropa Parlamentinin hesabatlarında bizi ən azı yaxın beş il ərzində xoşagəlməz sürprizlər gözləyir".

Nəşr, həmçinin qeyd edir ki, Ermənistan Milli Məclisi Avropa Parlamenti ilə heç bir rəsmi münasibət qurmayıb.

“Nə Xarici İşlər Nazirliyi, nə də Milli Məclis Baseskunun təyinatına müdaxilə etməyə çalışmadı”, -deyə qəzet vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru