Nazirlər Kabinetində bu səkkiz yüksək vəzifə boşdur - SİYAHI

30-12-2019, 03:57           
Nazirlər Kabinetində bu səkkiz yüksək vəzifə boşdur - SİYAHI
Nazirlər Kabinetinin Aparatının strukturunda səkkiz yüksək vəzifə boşdur.

Baş nazirinin birinci müavininin xidməti, Baş nazirinin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti postuna rəhbər təyin edilməyib.

Bundan başqa Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq, Hüquq və qanunvericilik, Humanitar məsələlər, Nəqliyyat, kommunikasiya və innovasiya, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbələrinə müdir vəzifələri boşdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır.

Fəaliyyət istiqaməti Konstitusiyada təsbit olunmuş və Prezidentin aktları ilə həvalə olunmuş səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.//yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru