İran Qarabağ müharibəsində yanımızda olmayıb, əksini edib!!!

5-01-2020, 13:37           
İran Qarabağ müharibəsində yanımızda olmayıb, əksini edib!!!
"Əlimi Qurana basıb, mütəxəssisin Şərəf Andını içirəm:1992-ci ilin oktaybrında Laçın uğrundakı döyüşlərdə erməni "radioobmen"ləri fars dilində də aparılırdı."- bu, mənim dəqiq bildiyimdir.
... Çalışıram qısa yazım, yenə də alınmır. Oxuyun və agah olun.
Mən də müsəlmanam, bəlkə sizlərdən də yaxşısındanam, heç toyuq başı da kəsmirəm, kiminsə ölümünə sevinmirəm də.
Burada yazacaqlarımı çox məhdud sayda bilənlər var (idi).
Müharibənin 50 %-i məlumatdır ( düzgün informasiyadır), 50 % qüvvələri düzgün bölüşdürə bilmək bacarığı və yerdə qalanın hamısı bir yerdə olandır.
Təhsil aldığım qapalı Xarkov radioelektronika institutunda (1979-85) hərbi hazırlığımız ən yüksək səviyyədə, birinci yerdə idi, inanın ki, bizi "ütüblər", nəfəsimizi kəsiblər ,- Əfqanıstan müharibəsi təzə başlamışdı, bizi NATO qüvvələrinə qarşı xüsusi hazırlayırdılar, indiyə qədər də NATO Hava qüvvələrinin o zamankı "çağırış" parollarını xatırlayıram). Hərbi ixtisasımız "Radiokəşfiyyatdır"- biz, mühəndislikdən öncə yaxşı hərbi mütəxəssislərik, zabit biletimizdə "Spesialist komandnoqo profilya" yazılıb, bu o deməkdir ki, istənilən hərbi quruma çağırışla gələn kimi radiokəşfiyyat komandiri təyin olunmalıyıq. (HƏR BİRİMİZ XÜSUSİ UÇOTDA İDİK, SSRİ-ni tərk edə bilməzdik, müharibədə atəş xəttindən azı 20 km uzaqda olmalıydıq)
... Təsəvvür edin ki, otaqda "matovı" şüşələrdən ikiqat pəncərələr sıx qapalıdır, qalın pərdələr asılıb, toxuna da bilməzsən (düşmən peykləri otaqda olan sxemlərin şəkilini çəkə bilər!- bizə belə deyirdilər), hava yoxdur, səhər saat 7.45-dən axşamüstü 16.00-a qədər divardan asılmış (2x3 m. divar xalçası boyda) sxemlərdə onlarla elektron lampalar, diodlar, triodlar, pentodlar, tranzistorlar, stabilizatorlar, kondensatorlar, müqavimətlər və s.və i. çəkilib- yazmaq, köçürmək olmaz, beynində saxlamalısan ki, elementlərdən hansısa biri "açılanda" hansı "qapanmalıdır" ki, siqnal qəbulediciyə çatsın və s. Oğulsansa 16.00-da polkovnikin suallarına cavab verə bilmə, yenə saxlayacaqlar öyrənməyə... (Bunları yazmağa ona görə məcburam ki, mütəxəssis olduğumuzu biləsiniz- özünütərifə görə üzr istəyirəm, amma olanı deməsək hardan bilərsiniz ki, belədir?!)
Qubadlıda döyüşəndə efirdə bütün danışıqlara qulaq asa bilirdik- bununçün xüsusi qurulmuş avadanlıq var idi, əvvəllər işlədiyim Elmi- tədqiqat Tətbiqi fizika institutunda yığdırmışdım, hərbi briqadaya vermişdim. (Bu barədə sonra- əməyi olanların çoxu sağdır, aralarında indi BDU-nun fizika şöbəsinin professorları da var, adlarını da yazacağam- Salam olsun!) .
P.S. Mənim də kodum 39-dur.
Elxan Nur Qubadlı.
Keçmiş Qubadlı İcra başçısı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.