İlham Pirməmmədovun daha bir adamı hədəfdə
15-12-2015, 15:05
Ənvər İmanovun işdən çıxarılması xahişi ilə təhsil nazirinə müraciət edildi
Ötən gün Təhsil Nazirliyində kadr islahatı aparılıb. JAM.AZ xəbər verir ki, adı bir çox qalmaqallarda hallanan təhsil nazirinin müşaviri İlham Pirməmmədov işdən azad edilərək, Texniki Universitetin prorektoru təyinatı aldı.
Amma Təhsil Nazirliyində qalmaqalları ilə ad çıxarmış daha bir fiqurun olduğu deyilir. Bu barədə JAM.AZ-a yazan təhsil işçilərindən biri vurğulayıb ki, nazirliyin Ali və Orta İxtisas Təhsili şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Ənvər İmanov, həm də tələbə qəbulundan tutmuş, bir çox məsələlərə qədər işlərlə məşğul olur.
Müraciət edənlər vurğulayırlar ki, Ənvər İmanov ali və orta ixtisaslı təhsil ocaqlarının kurasiyasını həyata keçirir. «Əksər direktorlar Ənvər İmanovu kollec direktorlarını «barmağına dolayan» adam kimi xarakterizə edirlər. Onun işi xərac yığmaqdan ibarətdir. Bundan başqa, o, İlham Pirməmmədovun sözlərini kollec direktorlarına çatdıran şəxs olaraq da tanınır».
JAM.AZ vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarova müraciət edənlər bildirirlər ki, Misir Mərdanovdan sonra nazirlikdə qalan İlham Pirməmmədov, İlyar Vahabov və Ənvər İmanov «triosu»dan artıq ikisi işdən çıxarılıb. Cənab nazir, bəs, Ənvər İmanov nə zaman işdən azad ediləcək? Axı, o da İlham Pirməmmədovun əsas kadrlarından biri hesab olunur».
Qarşı tərəfi də dinləməyə hazırıq.