Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 15:49

Azərbaycanda fəaliyyət göstərən “Full-D”nin dövlət qarşısında külli miqdarda vergi borcu olduğu müəyyənləşib.
Mediaxeberleri.Az-ın məlumatına görə, hazırda “Full-D”nin vergi borcu 1.400.000 manat təşkil edir.
Maraqlıdır ki, Dadaş Şükürova məxsus “Full-D” MMC-nin vergi borcu yaranıb, cinayət işi açıldıqdan sonra o, "Aqro Med" MMC -ni yaradıb. Bu MMC-nin fəaliyyəti məhdudlaşdırıldıqdan sonra isə "Aqrora" MMC-ni yaradıb və qanunsuz işlərlə fəaliyyətini davam etdirib.
Hazırda Dadaş Şükürovun adına bir neçə MMC fəaliyyət göstərir. KİV-də gedən xəbərlərdə o da deyilir ki, Dadaş Şükürov təkcə "Full - D" şirkətinə rəhbərlik etmir, o cümlədən "Aqrora", "Aqromed" və "Aqrounion 2024" firmalarının da ona məxsus olduğu xəbər verilir.
Belə çıxır ki, külli miqdarda vergi borcu olan Dadaş Şükürov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə ikibaşlı oyun oynayır.
Amma unudur ki, bu ona baha başa gələ bilər.
Bəs dövlətə külli-miqdarda borcu olan və həmin borcları ödəməyən şəxsləri hans cəza gözləyir?
Vergi borcunu ödəməyən şəxslər barəsində qanunvericiliklə müvafiq tədbirlər görülür: "İlk olaraq qeyd edim ki, vergi borcunu ödəməyən şəxslər barəsində qərarlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Əgər şəxslər xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınırsa, Cinayət Məcəlləsi ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O cümlədən eyni əməllə mütəşəkkil dəstə tərəfindən yaxud külli miqdarda törədilirsə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir məsələni diqqətə çatdırım ki, bu maddədə xeyli miqdar dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Eyni zamanda, bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur".
Xatırladaq ki, Mediaxeberleri.Az olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət məktubu ünvanlmışıq.