Brent markalı neftin qiyməti düşür

5-02-2020, 07:15           
Brent markalı neftin qiyməti düşür
OPEK yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxması ehtimalı yoxdur.

Trend-in məlumatına görə, Çində koronavirusun yayılması fonunda bayram tətillərinin uzadılması və hava nəqliyyatları vasitələri ilə daşınmalarının azalması səbəblərindən, 2020-ci ildə ölkədə neftə tələbat 2009-cu ildən sonra ilk dəfə düşəcək. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkəti hesab edir ki, ən böyük idxalçı tərəfindən neft istehlakının azaldılmasını, OPEK-in neftin qiymətinin bir barrel üçün 50 dollardan yuxarı qalması üçün hasilatın azaldılmasın tələb edəcək.

"Wood Mackenzie"ə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər, o cümlədən hava daşımalarında məhdudiyyətlər, 2020-ci ilin birinci rübündə dünyada neftə olan tələbatın 98.8 milyon b/s-ya qədər azaldılmasına səbəb olacaq. Eyni zamanda, Çinin özündə də neftə olan tələbat 13 milyon b/s-ya düşəcək ki, bu da 2009-cu ildən indiyədək ilk dəfədir.

OPEK ölkələri bu günlərdə vəziyyətlə əlaqədar təcili iclas keçirirlər. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyinin bəlli olmaması OPEC-in yeni məhdudiyyətlərə dair qərar qəbul etməsini çətinləşdirir .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru