Balakənin icra başçısının xırda... milyonluq yalanı... - NARAZILIQ...

5-02-2020, 17:31           
Balakənin icra başçısının xırda... milyonluq yalanı... - NARAZILIQ...
Balakən rayonunda 2008-ci ildən insanların istifadəsinə verilən kanat 3 ildir ki, fəaliyyət göstərmir.

Bu barədə Unikal.org-a rayon sakinləri müraciət ediblər.

Müraciətdə bildirilir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Kanat yolu üç ildir ki, işləmir. Sakinlərin sözlərinə görə, rayona gələn turistlər parkdakı kanata minmək istəsələr də, onların bu arzusu reallaşmır. Aidiyyatı qurumlar isə narazı turistlərin şikayətinə baxmırlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin açılışını etdiyi 1200 metrlik kanat yolu 2008-ci ildə istifadəyə verilib. Altı kabinəli buraz yolundan saatda 216 nəfər istifadə edə bilər. Yolun texniki avadanlığı Avstriyadan alınıb, qurğuya xidmət tam kompyuterləşdirilmişdir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru