İlkin nəticələr bu gün açıqlanacaq - Məzahir Pənahov

9-02-2020, 09:19           
İlkin nəticələr bu gün açıqlanacaq - Məzahir Pənahov
Üzümü məntəqə seçki komissiyalarının üzvlərinə tutub demək istəyirəm ki, onların gün ərzində fəaliyyəti ancaq və ancaq Seçki Məcəlləsinin tələbinə əsaslanmalıdır. Onlar öz fəaliyyətlərini məcəllənin tələbinə uyğun qurmalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu keçiridyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, məntəqə seçki komissiyası üzvlərinin məntəqələrdə səsvermə və səslərin sayılmasını müşahidə etmək hüququna malik olan tərəflərə heç bir maneə yaratmaq hüququ yoxdur:

“Eyni zamanda bütün bu subyektlərin də məntəqə seçki komissiyalarının fəaliyyətinə mane olmaq hüququ yoxdur. Seçicilərə konstitusion hüquqlarının həyata keçirə bilməsi, onlara hər bir şəraitin yaradılması bütün seçki komissiyalarının və digər dövlət qurumlarınlın borcu, vəzifəsidir. Biz çalışmışıq ki, Seçki Məcəlləsinin tələbinə əsasən bu addımları həyata keçirək. Qeyd etdiyim kimi 5573 məntəqə səsverməyə tam hazırdır. Azərbaycan seçiciləri arxayın ola bilərlər ki, onların səsbəst, azad səs verməsi üçün bütün şərait yaradılıb. Bu tələb mütləq tələbdir”.

MSK sədri seçici fəallığına dair gün ərzində 5 dəfə məlumat açıqlanacağını vurğulayıb:

“Bununla belə biz nəzərdə tuturuq ki, gecədən keçmiş olsa da artıq bu gün Azərbaycan ictimaiyyətinə 125 seçki dairəsi üzrə səsvermənin ilkin nəticəəri ilə bağlı məlumatları çatdıraq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.