Bu gün seçilən deputatların səlahiyyət müddəti nə qədər olacaq?

9-02-2020, 10:10           
Bu gün seçilən deputatların səlahiyyət müddəti nə qədər olacaq?
Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində Milli Məclisin yeni tərkibi formalaşacaq. Növbədənkənar seçki olduğu üçün indi seçiləcək deputatların səlahiyyət müddətinin nə qədər olacağı suallar doğurur.

“Yeni Sabah” xəbər verir ki, məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov deyib ki, Konstituiyamızın 98-1-ci maddəsinin II hissəsinə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

“Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Beləliklə, bu gün seçdiyimiz deputatların səlahiyyət müddəti 5 il deyil, 4 il 10 ay olacaq və növbəti parlament seçkiləri 3 noyabr 2024-cü ildə keçiriləcək. Əlbəttə, yenə də özlərini daha tez buraxmasalar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru