Mitinqə icazə verildi - RƏSMİ CAVAB

12-02-2020, 19:17           
Mitinqə icazə verildi - RƏSMİ CAVAB
Teref.az yazır ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə müsbət cavab verib.
Bakı Şəhər İcra Hakimiyyətinin cavabını təqdim edirik.
16 fevral 2020-ci il tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları

İlqar Məmmədova, Ruslan İzzətliyə, Fərhad Mehdiyevə, Fərəc Kərimova və Günel Səfərovaya

Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 fevral 2020-ci il tarixli müraciətinizə tərəfimizdən yenidən baxılmışdır.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunmuşdur. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxmışdır.

Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaqdır. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan – 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik.

İctimai-siyasi, humanitar məsələlər

və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru