Polis tərəfindən uzaqlaşdırılanların harada olduğu bilindi - FOTO

16-02-2020, 17:36           
Polis tərəfindən uzaqlaşdırılanların harada olduğu bilindi - FOTO
Mərkəzi Seçki Komissiyasının önündə seçki nəticələrinə etiraz aksiyası keçirilir.
Yeniavaz.com xəbər verir ki, aksiya başlamadan əvvəl REAL sədri İlqar Məmmədov, Müsavat Partiyasının başqanı Arif Hacılı, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov və digərlərinin saxlanılması xəbərləri yayıldı.
DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, adları çəkilən şəxslər saxlanılmayıb:
“Profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, onlar polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Amma bu o anlama gəlmir ki, onlar saxlanılıb".
Ərazidən uzaqlaşdırılanlardan biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd olmuş Vəliyəddin Quliyev olub. O sosial şəbəkədə polisin onu Şıxova gətirdiyini bildirib və olduğu yerdən foto paylaşaraq bunları qeyd edib: “Polislərimiz çox düşüncəlidirlər. Gətirib Şıxovun təpəsində düşürdülər”.

Məlumat üçün bildirək ki, Meydan Tv-nin əməkdaşı Həbib Müntəzir ərazidən uzaqlaşdırılanların harada olması ilə bağlı sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, polislər namizəd Mehman Hüseynov və Ülvi Həsənlini Kürdəmirdə, namizəd Rəbiyyə Məmmədovanı Qobustanda, Yadigar Sadıqlını Ələtdə, Ruslan İzzətlini isə Yevlaxda düşürüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.