"Pulyeyən" ödəmə terminalları: Qəbz verir amma ödəniş həyata keçmir – VİDEO

20-02-2020, 01:44           
"Pulyeyən" ödəmə terminalları:
Vətəndaşların kommunal və ya digər xidmətlərə görə, ödənişlərin həyata keçirməsi üçün müxtəlif üsullar və elekton vasitələr yaraılıb. Son olaraq ödəmə terminalları da işə salınıb. Amma vətəndaşlar kommunal ödənişləri həyata keçirərkən bəzi hallarda ödənişlərin ya sistemə yüklənmməsi və ya aparatların işləməməsi kimi hallarla üzləşirlər.

Bakı sakini ARB-yə bildirib ki, karta bir manat yükləyib, amma yüklənməyib: "Qəbz çıxıb amma yüklənməyib. Bir manata görə adam zəng etməyə də utanır”.

Belə halların yaşanmasına bu terminallara texniki nəzarətin zəif olması səbəb göstərilir. Mütəxəssislər deyir ki, vəsaitlərin yüklənməməsi və ya silinməsi kimi faktlar, sistem təminatındakı nöqsanlardan qaynaqlanır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Terminala baxan şəxslər texniki cəhətdən sazlığını yoxlamalıdır. Ya ola bilsin ki, hanısa detaldan qaynaqlanır, ya da proqram təminatında problemlər var”.

Digər bir məsələ bəzi xidmət sahələrinin bu ödəmə terminallarından 24 saatlıq ödəniş imkanlarına limitin tətbiqi ilə bağlıdır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Bəzi sistemlər var ki, saat 6-dan, 7-dən sonra sistemə səhər saatlarında düşür. Qalır həmin vəsait havada, robotlar icra etmir əməliyyatları, səhər-səhər həmin o sistemə baxan şəxs gəlir və ödənişi həyata keçirir”.

Əhalinin itmiş ödənişinin rahatlıqla bərpası üçün terminalarda xüsusi bölmə də yaradılır. Kommunal xidmətlərə görə ödənişi yenidən yükləmək üçün bircə düyməni basmaq kifatdir.

Ülviyyə Əfəndiyeva - Şirkət nümayindəsi: "Burda smart kartın bərpası deyilən bir düymə var. Kartı kart oxuyucuya saldıqda, mütləq smart kartın bərpası düyməsini basmaq lazımdır. Ödənişlərin hamısı bərpa olunacaq. "Azərsu” və "Azərişıq” ödənişləri üçün də sistem eynidir”.

Eyni proses əhalinin daha çox istifadə etdiyi "Bakıkart” üçün də keçərlidir.

Ülviyyə Əfəndiyeva - Şirkət nümayindəsi: "Kommunal xidmətlərin bərpası zamanı, bərpa olunduqdan sonra terminal çek çap vermir. Yalnız monitor hissədə ödənişin bərpa olunduğunu görə bilirik. Çek çap olunub, bərpası bildirilən xidmət isə bakı kartdır”.

Bütün hallarda nağdsız ödənişdən sonra qəbzi saxlamaq tovsiyyə edilir. Hər hansı problem yarandığı halda bununla vətəndaş itirdiyi məbləği geri qaytara bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.