MSK-nın iclasında maraqlı hal: Suraxanı necə yazıla bilər?

20-02-2020, 16:53           
MSK-nın iclasında maraqlı hal: Suraxanı necə yazıla bilər?
MSK-nın iclasında maraqlı hal yaşanıb.

Publika.az-ın məlumatına görə, 40 saylı Kəpəz ikinci seçki dairəsindən namizəd olmuş Sitarə Zeynalovanın şikayətinin araşdırılması zamanı daxil olmuş sənədlərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin yazıldığı məlum olub. MSK sədri Məzahir Pənahov şikayətçiyə müraciətlə deyib: “Necə olub ki, 40 saylı Kəpəz ikinci seçki dairəsinin əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin adı yazılıb. Bu necə olub?”.

Şikayətçi bunun texniki səhv olduğunu deyib. MSK sədri isə bu izahatla razılaşmayıb: “Nizami əvəzinə Füzuli yazıla bilər. Amma 32 saylı Suraxanı üçüncü necə yazıla bilər?!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru