Bu komissiyanın səlahiyyətlərindən biri ləğv edildi - QƏRAR

21-02-2020, 00:00           
Bu komissiyanın səlahiyyətlərindən biri ləğv edildi -
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Unikal.org xəbər verir ki, dəyişiklik avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılması ilə bağlıdır.

Qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verilməsinə dair səlahiyyəti ləğv edilib.

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.