Bir aydır komada olan keçmiş nazirin sağalmasına ümid gün gündən çoxalır : Palataya köçürülmüş, korset taxılmış.... VİDEO

21-02-2020, 17:59           
Bir aydır komada olan keçmiş nazirin sağalmasına ümid gün gündən çoxalır :
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 24-dən etibarən koma vəziyyətindədir. Onun səhhəti, mövcud durumu ictimaiyyətin də diqqətindədir. Bu günə qədər İsgəndər Həmidovun səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Hətta İsgəndər Həmidovun ölüm xəbərini yazanlar da olub.

Bütün bunları nəzərə alaraq, daha dolğun məlumat əldə etmək üçün Musavat.com-un əməkdaşları olaraq, İsgəndər Həmidovun müalicə aldığı xəstəxanaya yollandıq.

Xəstəxanada İsgəndər Həmidovun müalicəsi ilə məşğul olan professor Adil Qeybulla ilə həmsöhbət olduq. Adil Qeybulla bildirdi ki, İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır, lakin xəstəxanaya gətirildiyi günlə müqayisədə xeyli irəliləyiş əldə edilib.

Adil Qeybulla hazırda reanimasiyada olan İsgəndər Həmidovun yanına yalnız onu müalicə edən həkimlərin buraxılmasına icazə olduğunu söylədi. Bu səbəbdən də içəri daxil olub, İsgəndər Həmidovun görüntülərini ala bilmədik. Lakin həkim bildirdi ki, yaxın günlərdə İsgəndər Həmidovun palataya köçürülməsi planlaşdırılır.

Xəstəxanada həmçinin İsgəndər Həmidovun oğlu Məcid Həmidovu da gördük. Yaşadıqları günün çətinliyi səbəbindən yorğun olduğunu söyləyib, videomüsahibə verməyə razı olmasa da, bəzi fikirlərini bizimlə paylaşdı.

O, söylədi ki, atasının müalicəsi üçün indiyədək bütün xərclər ailəsi tərəfindən qarşılanıb. Məcid Həmidov onu da qeyd etdi ki, indiyədək yalnız 2-3 nəfər siyasətçi xəstəxanaya gələrək, İsgəndər Həmidovla maraqlanıb.

İsgəndər Həmidovun müalicə aldığı xəstəxanadan videoreportajı təqdim edirik:
Musavat.com
Teref.az olaraq İskəndər bəyin bacanağı Kamran bəylə əlaqə saxladıq. Kamran bəyin verdiyi xəbərə görə İskəndər bəy artıq palataya köçürdülüb.
Ona qidalanması üçün korset taxıblar. Əvvəlki günlərə nisbətən İskəndər bəyin səəhtində müsbət irəlilyişlər müşahidə olunur.Həkimlər bəyin sağalmasına böyük ümidlər bəsləyirlər!
Tanrı özü şəfasını əskik etməsin!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.