Mehriban Əliyeva: Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram

8-03-2020, 00:01           
Mehriban Əliyeva: Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

Paylaşımda deyilir:

“Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru