Milli Məclisə sədrliyi Fəttah Heydərov edəcək - İLK İCLAS

10-03-2020, 08:44           
Milli Məclisə sədrliyi Fəttah Heydərov edəcək - İLK İCLAS
Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək.

DİA.AZ xəbər verir ki, iclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək.

Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparacaq.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası bitəcək.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru