Havalar isindikdə virusun öləcəyinə əmin deyilik - ÜST

10-03-2020, 16:31           
Havalar isindikdə virusun öləcəyinə əmin deyilik - ÜST
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı havaların istiləşməsi ilə bağlı koronavirusun yayılmasının azalması məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, H. Harmancı bildirib ki, hazırda bu sualın cavabı bilinmir. O qeyd edib ki, yaz aylarında koronavirusun azalacağına ümid edir: “Bu, yeni virusdur, necə davranacağını bilmirik. Ona görə də gözləyib görmək lazımdır. Hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə insan əmin ola bilmir ki, havalar qızdıqca virus yox olacaq, ya yox. Bu sualın cavabını hələ ki, bilmirik. Əmin deyilik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru