Azərbaycanda yeni növ biznes-krediti dələduzluğu yaranıb
11-03-2020, 12:39
Azərbaycanda banklar milli valyutanın devalvasiyası barədə şayiələrlə əlaqədar kreditlərlə bağlı dələduzluq hallarının qarşısını almağa çalışır. Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.
“Bəzi vətəndaşlar banklara gələrək sahibkar adı altında mikrokredit və ya güzəştli kreditlər almaq üçün müraciət edirlər. Onlar əldə etdikləri vəsaitə devalvasiya gözləntisi şəraitində dollar almaq niyyətindədirlər", - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, banklar bu cür halların qarşısının alınması üçün hər şeyi etməyə hazırdır.
"Biz artıq belə siqnallar almışıq və əldə etdiyimiz məlumatlar çərçivəsində dələduzluq faktlarının qarşısını almağa çalışırıq", - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, bazar ertəsi Azərbaycanda neftin kəskin ucuzlaşması fonunda bazar ertəsi-çərşənbə axşamı dollara kəskin tələb müşahidə olunur. Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta bazarında banklara $323,2 milyon məbləğində xarici valyuta satılıb, 2020-ci ilin bütün yanvar ayı ərzində isə hərraclarda xarici valyutanın satış həcmi $300 milyon təşkil edib.
(C)İnterfaks Azərbaycan