Prezident erməniləri belə ifşa etdi: Faşist emblemi - Foto

13-03-2020, 01:33           
Prezident erməniləri belə ifşa etdi: Faşist emblemi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev 10 martda Milli Məclisin ilk iclasındakı çıxışında mühüm bir məqama da toxundu. Dövlət başçısı Ermənistanda 2018-ci il parlament seçkiləri zamanı saxtakarlıqla məşğul olan Respublikaçılar Partiyasının faşist ideologiyasına işarə etdi.

Prezident bunu xüsusilə vurğuladı:

“Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist Respublikaçılar Partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir”.

Partiyanın bu embleminə heç kim fikir verməmişdi – budur o:



Bu isə faşist Almaniyasının gerbi:



Bununla bağlı rusiyalı teleaparıcı Dmitri Kiselyovun kifayət qədər məşhurlaşmış sözləri yerinə düşür:

“Təsadüfdür? Düşünmürəm!”

Partiyanın rəsmi saytında da bu barədə məlumat var: “Partiya 1990-cı ildə qurulub. Respublikaçılar Partiyası Qaregin Njdenin təlimlərini özünün əsas ideologiyası kimi götürür. 1967-1987-ci illərdə gizli fəaliyyət göstərən Vahid Milli Partiyanın üzvləri Ermənistan Respublikaçılar Partiyasında rəhbər yerləri tuturlar”.

Beləliklə, uzun müddət Ermənistanda hakimiyyətdə olan və hələ də siyasi ambisiyalarından əl çəkməyən Respublikaçılar Partiyası öz ideologiyasındakı faşist mahiyyətini açıq şəkildə büruzə verir.

Məntiqi bir sual ortaya çıxır: Mənzərə son dərəcə aydındırsa, beynəlxalq təşkilatlar hara baxır?



Bu partiyanın nümayəndələri, bütün erməni dünyası öz cəzasızlığına o qədər arxayındır ki, hətta faşist simvolunu daşıyırlar.

Əlbəttə, sirr deyil ki, ermənilər başqalarından oğurlamaqda və tarixin saxtalaşdırılmasında ustadırlar, amma bu, tamamilə başqa mövzudur.

Burada partiyanın özünü nasistlərin davamçısı hesab etdiyi açıq-aydın görünür.

Bu faktlarla əlaqədar təxirəsalınmaz tədbirlər görmək əvəzinə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təmsil olunan beynəlxalq ictimaiyyət 2018-ci ildə Ermənistanda keçirilən saxtalaşdırılmış seçkilərlə bağlı müsbət rəylər vermişdi. Halbuki həmin seçkidə Respublikaçılar Partiyası səsləri total şəkildə saxtalaşdırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.