Deputatlığa namizəd od püskürdü: " Sənəd saxtalaşdıran, dövləti “Azərittifaq”ın kooperativi kimi görən Eldar Quliyev həbs edilməlidir."

14-03-2020, 16:51           
Deputatlığa namizəd od püskürdü: " Sənəd saxtalaşdıran, dövləti “Azərittifaq”ın kooperativi kimi görən Eldar Quliyev həbs edilməlidir."
Teref.az yazır ki, növbədənkənar Milli Məclisə seçkilərdə 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən namizəd olmuş tanınmış jurnalist Aygün Muradxanlı öz feysbuk profilində 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsində baş verən qanunsuzluqlrla bağlı status paylaşıb. Aygün Muradxanlının statusunu təqdim edirik:
Aygün Muradxanlı с Rey Kerimoglu Qazi и ещё 79.
2 ч. ·
SOS, SOS, SOS!!!!!!

9 fevralda təkcə ölülər səs verməyib. Qondarma “şəxs”lər məntəqə üzvü olub, onların “ifadələri” əsasında MSK, Bakı Apelyasiya Məhkəməsi, Ali Məhkəmə qərarlar çıxarıb. Dövlət adına biabırçılıq!!!!

Seçki günü məntəqələrdə baş verən qanun pozuntularını aşkar göstərən, təkzibolunmaz videoları MSK-ya təqdim edəndə, Məzahir Pənahov onları baxmaq üçün DSK-ya yolladı. DSK 53 videonu 1 günə “araşdırıb”, 200 (İKİ YÜZ) məntəqə üzvünün “BELƏ ŞEY OLMAYIB” izahatı ilə bərabər MSK-ya yolladı.

Mənim də iştirakımla keçən, Məzahiri gerçəkləri ortaya çıxarmaq üçün verdiyim suallarla təbdən çıxardığım MSK baxışında o 200 nəfərin kimliyini də soruşdum. Pənahov dedi, müxtəlif partiyalardan olan məntəqə üzvləridir, sizə siyahılarını verəcəyik. Verdilər. MSK-nın o qərarından apelyasiya və kasassiya şikayəti verdik - MSK-nın qərarı qüvvədə saxlandı. Məhz həmin 200 “nəfərin” ifadəsi əsasında.

O gündən həmin 200 nəfəri axtarmaqla məşğulam. Yavaş-yavaş ortaya çıxır ki, partiyalar 28-ci dairəyə müşahidəçi vermək istəyəndə DSK mane olub - “zaman keçib”, “yer dolub”, “neynirsiz e müşahidəçini?” bəhanələri ilə.

VƏ... DSK-nın, MSK-nın, Bakı Apelyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında adı keçən şəxslər xəyali varlıqlardır - o partiyaların o adda üzvləri YOXDUR. ONLAR XƏYALİ VARLIQLARDIR.

SONUC - Eldar Quliyev dövləti barmağına dolayıb. Həmin gün, VHP-çi, Ana Vətənçi, BXCP-çı... adı ilə məntəqələrə öz adamlarını doldurub. Partiyalar adından saxta sənədlər verib. DSK-nın - yəni rəsmi qurumun sənədlərini saxtalaşdırıb.

Aləmə “Aygünün martın 18-də həbsi üçün “dabro” almışam” deyib adından istifadə elədiyi Baş Prokuror Zakir Qaralov araşdırma başlatmalı, MM onun toxunulmazlığını ləğv etməli, sənəd saxtalaşdıran, dövləti “Azərittifaq”ın kooperativi kimi görən Eldar Quliyev həbs edilməlidir. Yanında da əmr qulu - 28-ci dairənin sədri Hacıbala Babayev.

Seçkini saxtalaşdıranların həbsini tələb edirəm!

Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.