Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir - RƏSMİ

31-03-2020, 00:00           
Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir - RƏSMİ
20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək.

Teref.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.

Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru