Mehriban Əliyevadan 31 Mart Soyqırımı ilə bağlı paylaşım

31-03-2020, 00:00           
Mehriban Əliyevadan 31 Mart Soyqırımı ilə bağlı paylaşım
“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru