Ermənilər sivil dünyanın belə bir vaxtında onun iradəsinə qarşı hərəkət edirlər... - GƏLİŞMƏ

31-03-2020, 09:29           
Ermənilər sivil dünyanın belə bir vaxtında onun iradəsinə qarşı hərəkət edirlər... - GƏLİŞMƏ
“Həqiqətən də belə demək mümkündüsə, ermənilər insanları iyrəndirəcək dərəcədə addımlar atırlar. BMT Baş katibi dünya xalqılarına müraciət edib, dünyanın aparıcı dövlət başçılarının, ÜST-ün xalqlara çağırışı var ki, koronavirusun şiddətləndiyi və hələ ki, özünün pik həddinə çatmadığı bir dövrdə təkcə hərbi toqquşmalar deyil, seçkilər, toplantılar və digər tədbirlər dayandırılsın. Yəni bəşəriyyətin əsas diqqəti dünyanın başı üzərini almış bu fəlakətlə mübarizəyə yönəlsin”.

Politoloq Qabil Hüseynli Moderator.az-a Ermənistanın martın 31-də Dağlıq Qarabağda keçirəcəyi saxta “seçki” oyununu və Türkiyə XİN-in məsələyə qətiyyətli münasibətini şərh edərkən belə deyib.

“Belə vəziyyətdə “seçki” deyilən oyuncaq bir həngaməni həyata keçirməyə çalışırlar”

“Amma ermənəi xəstəliyi, faşizm dərəcəsinə çatmış erməni millətçiliyinin təzahürü burada da özünü göstərir. Nəyin hesabına olur-olsun elan edilmiş “seçkiləri” keçirmək istəyirlər. Onsuz da indiyədək Dağlıq Qarabağda keçirlən saxta seçkilərdə əhalinin rolu nəzərə alınmıyıb. Əvvəlcədən kimi ”qaralayıblarsa” onu da “qalib” elan ediblər. Oradakı “seçki” oyununun formal olduğunu dəfələrlə müşahidə etmişik. Bu, indi də belə olacaq”, – deyən siyasi şərhçi bildirib ki, özlərini “mədəni xalq” adlandıran, əslində isə qaraçı xarakterli və dünyanın hər yerinə səpələnmiş sərgərdan bir xalq olan ermənilər indi sivil dünyanın belə bir vaxtında onun iradəsinə qarşı hərəkət edirlər:

“Belə vəziyyətdə “seçki” deyilən oyuncaq bir həngaməni həyata keçirməyə çalışırlar. Sözsüz ki, təkcə o bölgənin tarixi sakinləri olan azərbaycanlıların etnik təmizlənməyə məruz qalmasına görə deyil, ümumiyyətlə, rejimin özünün qondarma olmasına görə də bu “seçki” etibarlı hesab edilməyəcək və beynəlxalq aləm tərəfindən tanınmayacaqdır”.

Qabil Hüseynli Türkiyənin məsələyə mövqeyini də yüksək qiymətləndirib:

“Türkiyənin bununla bağlı verdiyi açıqlama çox yerindədir və ATƏT-in Minsk Qrupunun 11 daimi üzvündən biri kimi Türkiyə bu qurumu da fəallığa və proseslərə müdaxilə etməyə çağırır.

Onu da vurğulamaq lazımdır ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusən son dövrlərdə atdığı addımlar kifayət qədər qənaətbəxşdir və haqlı tərəf kimi Azərbaycan xalqını ruhlandıran bir nümunə olaraq da qəbul edilməlidir".

“Türk birliyinin yaranmasına ehtiyac var”

Politoloq hesab edir ki, hazırkı tarixi şərait Türk dövlətlərinin birliyini zərurətə çevirib:

“Əlbəttə, Türkiyə bölgədə bir çox dövlətlərlə həm qonşudur, həm də onlarla müəyyən tarixi bağlarla əlaqələdir. Lakin hesab edirəm ki, indiki məqamda Türkiyənin Türk dünyasına yönəlik siyasətinin daha da güclənməsinə ehtiyac duyulur.

Çünki Türkiyə bu birliyi meydana çıxarmaqla bütün dünyada mövqeyini möhkəmləndirə bilər. Türk dünyasının birliyi isə məhz Dağlıq Qarabağ probleminin həllindən keçir.

Sovet hakimiyyəti dövründə Azərbaycanla Naxçıvan bölgəsinin quru əlaqələrinin kəsilməsi Türk dünyası coğrafiyasına bir sipər oldu. Dağlıq Qarabağ məsələsində də Ermənistanı himayə edən dövlətlərin səyi ilə bu uçurum daha da dərinləşdi.

İndi bu uçurumun aradan qaldırılması və Türk birliyinin reallaşmasının məhz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçdiyi qənaətini sübut etmək mərhələsindəyik və Türkiyənin mövqeyi bu məsələlərin həllində çox əhəmiyyətli rol oynaya bilər.

İstər M. Çavuşoğıunun Minsk Qrupunun həmsədləri ilə görüşü, istərsə də Türkiyə XİN-in son aşıqlaması bu ölkənin proseslərə daha fəal müdaxilə etməsinin təzahürüdür. Bu addımlar alqışlanmalıdır və davamlı olması labüddür.

Ən azı digər türkdilli dövlətlərdən və dünyanın taleyinə biganə qalmayan ölkələrdən də belə addımların atılmasını gözləyirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.