Kənd Təsərrüfatı Nazirliyi fermerlərə nitrogen (amafos) gübrəsini bazar qiymətindən baha satır.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanda istehsal olunan nitrogen gübrənin bir kisəsi fermerlərə 26 manata hesablanır. Eyni adlı gübrənin bazarda 12-13 manata satıldığı vurğulanır.
Fermerlərdə digər narazılıq yaradan məqam isə yerli istehsal olan gübrə kisələrinin çəkisinin Rusiya istehsalı olan gübrə kisələri ilə müqayisədə 10 kq az, 40 kq olmasıdır.
Başqa bir fermer Ələsgər Hüseynli mart ayının əvvəlində aldığı 12 kisə azot gübrəsi üçün 94 manat nağd ödədiyini, 218 manatın isə kartından çıxıldığını deyir.
Qlobal.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrənməyə çalışıb.
Nazirliyin mətbuat xidmətindən koronavirus pandemiyası ilə əlaqədar olaraq 25 faiz işçinin çalışdığını, yaxın zamanlarda xəbərə münasibət bildirəcəklərini dedilər.