Quda olan sabiq nazirlər də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdülər – MƏBLƏĞ
2-04-2020, 11:42

1 aprel 2020-ci il saat 18:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 105 milyon 927 min 598 manat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 79 milyon 837 min 441 manatı hüquqi şəxslər, 6 milyon 90 min 151 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Məlumat üçün qeyd edək ki, ötən yazılarımızın birində Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən və köçürməyən sabiq nazirlər siyahısını açıqlamışdıq. 30 mart 2020-ci il saat 12:00-a olan məlumata görə sabiq nazirlərdən yalnız 4-ü Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb:
Mədəniyyət naziri olan Polad Bülbüloğlu – 10 000 manat
Kənd təsərrüfatı naziri İsmət Abasov – 5 000 manat
Maliyyə naziri olan Əvəz Ələkbərov – 700 manat
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov – 500 manat
Son 2 gün ərzində quda olan 2 sabiq nazir tərəfindən də Fonda pul köçürülüb və nəticədə Fonda pul köçürüən sabiq nazirlərin sayı 6-ya yüksəlib.
Qeyd edək ki, son 2 gündə Fonda sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədov 5 000 manat, sabiq Nəqliyyat naziri Ziya Məmmədov isə 2 000 manat köçürüb.
Onu da bildurək ki, Ziya Məmmədovun oğlu və eyni zamanda da Heydər Əsədovun kürəkəni olan Anar Məmmədov da Fonda 3 000 manat köçürüb.